İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə 186 000 nəfər səfər edib
06 Fevral, 2026
İşğaldan
azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə ilk səfərdən 4 il ötür.
“Böyük Qayıdış” proqramı çərçivəsində həmin ərazilərdə məskunlaşan vətəndaşların
da keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə müntəzəm
avtobus reysləri təşkil edilir.
Bu istiqamətdə fəaliyyət göstərən müntəzəm
marşrutlarla sərnişindaşımalara əsasən ekoloji təmiz, müasir nəqliyyat vasitələri
cəlb edilir. Bununla da səfərlərin rahat, sürətli həyata keçirilməsi təmin
olunur.
Bu günədək ümumilikdə 15 464 reys həyata
keçirilib, 186 000 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət
edib.
Təkcə bu ilin yanvar ayı ərzində işğaldan azad olunmuş
ərazilərə 1173 reyslə 10 690 nəfər səfər edib.
Müntəzəm avtobus reysləri ilə biletlər onlayn
qaydada https://biletim.az/ portalı
üzərindən əldə edilir. “Biletim.az” portalı və ya mobil tətbiqi üzərindən
işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına
buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Müntəzəm avtobus reysləri ilə yanaşı, vətəndaşların
fərdi nəqliyyat vasitələri ilə səfərləri də həyata keçirilir. Fərdi minik
avtomobillərilə vətəndaşlar www.yolumuzqarabaga.az portalında
qeydiyyatdan keçərək səfər edə bilirlər.
Bu günədək işğaldan azad olunmuş ərazilərə fərdi
minik avtomobilləri ilə səfər etmək üçün 3 286 646 nəfərə portal üzərindən
icazə verilib. Onlardan 3692 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Təkcə bu ilin yanvar ayı ərzində 47 840 Azərbaycan
vətəndaşına işğaldan azad olunmuş ərazilərə səfər etmək üçün icazə verilib.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir