"İcazə blankları" ilə təmin edilən daşıyıcılar barədə müfəssəl məlumat mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.
17 Iyun, 2021
Azərbaycan Beynəlxalq Avtomobil
Daşıycıları Assosiasiyasının (ABADA) nəzdində yaradılan Xüsusi Komissiyanın 15 iyun 2021-ci il tarixli iclasında
daşıyıcıların tələbatından az olan “İcazə blankları"nın bölgüsünün aparılması zamanı daşıyıcılardan daşımanın həqiqiliyini əks etdirən sənədlərin (daşınma müqaviləsi, CMR və gömrük bəyannaməsi) tələb edilməsinə, VÖEN sənədi aktiv olmayan daşıyıcıların müraciətlərinə baxılmamasına, daxil olan müraciətlər üzrə 30 daşıyıcıya 8502 “İcazə blankı"nın təqdim edilməsinə (müvafiq cədvəl əlavə olunur) və bölgünün nəticələri barədə Protokoldan Çıxarışın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə göndərilməsinə qərar verilib.
Qeyd edim ki, beynəlxalq yükdaşımaları üçün əsas sənəd hesab edilən "İcazə blankları" ilə təmin edilən daşıyıcılar (hüquqi və fiziki şəxslər) barədə müfəssəl məlumat mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.
İlkin mərhələdə "İcazə blankları"nı bölgü əsasında əldə edən daşıyıcıların tam siyahısı ilə www.abada.az saytında tanış ola bilərsiniz.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir