Gəncə Beynəlxalq, Quzanlı, Şamaxı və Sumqayıt Avtovağzallarına pasportlar təqdim edildi.
27 Avqust, 2019
Gəncə Beynəlxalq, Quzanlı, Şamaxı və Sumqayıt Avtovağzallarına pasportlar təqdim edildi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportunun zəruriliyi rəsmiləşdirilmişdir.
Pasport avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edildiyindən, mayın 23-də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Avtovağzalların rəhbərləri ilə görüşmüş və onlara qanuni şəkildə fəaliyyətlərini davam etdirmək üçün pasportlar təqdim etmişdir.
İclasda, Gəncə Beynəlxalq, Quzanlı, Şamaxı və Sumqayıt Avtovağzallarının rəhbərləri iştirak etmişlər.
Görüş zamanı sərnişin daşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılmış, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların Avtostansiyalara cəlb olunması və qrafiki kimi məsələlər əsas müzakirə obyekti olmuşdur. Bundan əlavə, yeni istismara verilmiş Quzanlı Avtovağzalında qeyri-qanuni fəaliyyətlə məşğul olan daşıyıcılara dair qabaqcadan tədbirlərin görülməsinə dair Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq dəstəyin verilməsi ilə bağlı tərəflər ilkin razılığa gəlmişlər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir