“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin təqdimatı keçiriləcək
29 Yanvar, 2024
30 yanvar 2024-cü il tarixində saat 15:00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin təqdimatı keçiriləcək.
Tədbirdə yol xəritəsinin geniş təqdimatı, əsas istiqamətləri, icra müddəti, icraçıların təqdimatı və digər təşkilati məsələlər haqqında məlumatın verilməsi nəzərdə tutulur.
Təqdimat zamanı həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi sahəsində özəl sektorun rolu, istehlakçı hüquqlarının müdafiəsi, rəqabət mühitinin inkişafı və zəruri enerji infrastrukturun yaradılması istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələr və prioritetlər mövzusunda müzakirələrin keçirilməsi, eləcə də Yol Xəritəsi icrası zamanı vahid koordinasiya və kommunikasiya məsələləri ilə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir