Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
Sabah, iyulun 16-dan etibarən Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir. Dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir. Həyata keçirilən bu layihə daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan uğurlu layihələrin davamıdır.
Təbriz küçəsindən Heydər Əliyev
prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən
fərqli olaraq yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini
davam etdirə biləcəklər.
Dəyişiklik nəticəsində Xətai
prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun
fazalarının sayı 3-dən 2-yə endiriləcək. Bu isə nəqliyyat vasitələrinin orta
gözləmə müddətini təxminən 40 saniyəyə qədər azaldacaq, kəsişmənin ötürücülük
qabiliyyətini artıracaq. Bu, əsasən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti,
eyni zamanda Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektlərində hərəkət şəraitinə
müsbət təsir göstərəcək.
Layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək. Yaradılan avtobus
zolağı ümumi axına mane olmadan yalnız sağa, yəni Elm və
Təhsil Nazirliyi istiqamətində
avtobusların hərəkətini təmin edəcək.
Qeyd edək ki, layihənin icrası zamanı
Dəmirçizadə küçəsində mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.
Xatırladaq
ki, bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan Ağaoğlu və
Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.
Digər xəbərlər
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
09 Iyul, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır