Dünya Bankının ekspertləri logistika sahəsinin qiymətləndirilməsi mövzusunda onlayn görüş keçirilib.
14 Aprel, 2021
Dünya Bankının ekspertləri ilə özəl sektorun diaqnostikası çərçivəsində logistika sahəsinin qiymətləndirilməsi mövzusunda onlayn görüş keçirilib.
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və Dünya Bankının nümayəndələri iştirak edib.
Görüşdə logistika sahəsinin dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməsi, eyni zamanda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradan mühüm vasitə olduğu vurğulanıb.
Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi Ümumi Daxili Məhsulun birbaşa artımına imkan verir.
Bildirilib ki, Azərbaycanda keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəldilməsi perspektivi üzərində qurulan logistika sahəsində regional və qlobal dəyərlərə inteqrasiya, dünyanın ən qabaqcıl təcrübələrinə dair nümunələrə əsaslanan tranzit ticarətinin inkişafına nail olmaq əsas prioritetlərdəndir.
Öz növbəsində, Dünya Bankının nümayəndəsi Daniel Saslavski logistika sahəsinin qiymətləndirilməsi üçün dolğun informasiya təqdim etdiklərinə görə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndələrinə təşəkkürünü bildirib.
Görüşdə ikitərəfli və çoxtərəfli icazələrin əldə edilməsi qaydası, Azərbaycan daşıyıcılarının qarşılaşdıqları əsas çətinliklər, gömrük qaydalarının qiymətləndirilməsi, ABADA-nın tədris mərkəzində tədris olunan yerli və beynəlxalq proqramlar, sürücülərin istirahət vaxtları, fasilələr barədə məsələlər müzakirə edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir