DANX fotomüsabiqə elan edir.
27 Avqust, 2019
DANX fotomüsabiqə elan edir.
Yəqin ki, hər birinizin evində ya doğmalarınıza və yaxud elə özünüzə aid 60-70-80-ci illərdə çəkilən fotoşəkillərdən ibarət albom var. Həmin albomda o illərə aid yaxınlarınızın və ya özünüzün avtonəqliyyat vasitələri ilə olan arxiv fotolarını toplayırıq. Daha çox avtobus (xüsusilə şəhərlərarası avtobuslar, Bakı- Sumqayıt istiqamətində olan avtobuslar) və taksilərlə olan fotoşəkillər maraqlıdır. Ancaq məhdudiyyət yoxdur, yəni avtomobil nəqliyyatının da fonda düşdüyü bütün fotolar layihəmizdə iştirak edə bilər. Fotolarla yanaşı adınızı, soyadınızı və layihənin təqdimatı zamanı sizi dəvət edə bilməyimiz üçün əlaqə nömrələrinizi də qeyd etməyinizi xahiş edirik. Aşağıda bir neçə nümunəni sizə təqdim edirik!
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir