Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
29 Dekabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq Gəncə – Qazax, Qazax – Gəncə şəhərlərarası, Füzuli kəndi (Samux) – Gəncə
(Dəmiryol vağzalı) istiqamətində, eləcə də 76 nömrəli şəhərdaxili və 78 nömrəli
şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Gəncə – Qazax marşrutları üzrə fiziki şəxslər
Quliyev Rəşad Məmməd oğlu və Cəfərov Samir Vaqif oğlu;
Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər Musayev
Rüfət Nəriman oğlu və Cəfərov Samir Vaqif oğlu;
Füzuli kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı)
marşrutu üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu;
76 nömrəli şəhərdaxili (Bakıxanov qəsəbəsi – metronun
“Neftçilər” stansiyası) və 78 nömrəli şəhərətrafı (Bakıxanov qəsəbəsi – Azər
Manafov küçəsi) marşrutları üzrə hüquqi şəxs "General Auto Company" qalib
elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb