Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
18 Mart, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq Bakı-Mingəçevir, Bakı-Qax, İmişli-Gəncə, Qəbələ-Gəncə, Gəncə-Gədəbəy, Gəncə-Qazax
və Qazax-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri
müəyyən edilib.
Bakı-Mingəçevir marşrutu üzrə hüquqi şəxs "Xan
Sarayı" MMC;
Bakı-Qax marşrutu üzrə fiziki şəxs Əfəndiyev Ceyhun
Fərrux oğlu;
İmişli-Gəncə marşrutu üzrə fiziki şəxs Rüstəmov
Orxan Qənimət oğlu;
Qəbələ-Gəncə marşrutu üzrə fiziki şəxs Bayramov
Araz Abdulla oğlu;
Gəncə-Gədəbəy marşrutu üzrə fiziki şəxs Qurbanov
Rasim Məhərrəm oğlu;
Gəncə-Qazax marşrutları üzrə fiziki şəxslər Nəbiyev
İslam İkram oğlu və Heydarlı Orxan Vaqif oğlu;
Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər Behbudov
Nazim Qalib oğlu və Əhmədov İlqar Elman oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir