Daha bir ərazidə mikromobillik zolağı təşkil olunur
05 May, 2026
AYNA tərəfindən Bakı şəhərində mikromobillik
infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd
şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən
hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli
qaydada velosiped yolları əlaqələndirilir.
Görülən işlər çərçivəsində Xətai prospektindən
başlayaraq Fəzail Bayramov, Yusif Səfərov və Hüseyn Rəsulbəyov küçələrini əhatə
edəcək 2 km-lik mikromobillik zolağı Kövkəb Səfərəliyeva küçəsindəki mövcud velosiped
zolağı ilə birləşdiriləcək.
Hazırda ərazidə müvafiq nişanlanma işləri aparılır.
Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata
keçiriləcək.
Şəhər konsepsiyası çərçivəsində mikromobillik
zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə
səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat
vasitəsinə çevirməkdir.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir