Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
06 Mart, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli
mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin
edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Sumqayıt-Ağdam, Gəncə-Masallı, Gəncə-Gədəbəy,
Gədəbəy-Gəncə və Qazax-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin
qalibləri müəyyən edilib.
Sumqayıt-Ağdam
marşrutu üzrə fiziki şəxs Məmmədov Böyükağa Sədi oğlu;
Gəncə-Masallı
marşrutu üzrə hüquqi şəxs "MİN. AVTOTRANS" MMC;
Gəncə-Gədəbəy
marşrutu üzrə fiziki şəxs Məmmədov Cavanşir Məhəmməd oğlu;
Gədəbəy-Gəncə
marşrutları üzrə fiziki şəxslər Alıyev Sabit Zahid oğlu və Məmmədov Cavanşir Məhəmməd
oğlu;
Qazax-Gəncə
marşrutu üzrə fiziki şəxs Cəfərov Samir Vaqif oğlu qalib elan olunublar.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir