Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
19 Iyun, 2026
Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər
üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.
3, 5, 33 nömrəli şəhər poliklinikalarının, 3 nömrəli
Vərəm Əleyhinə Dispanserin və “Diamed” klinikasının yanında minib-düşməni həyata
keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu məqsədlə bəzi
parklanma yerləri ləğv olunaraq 3.28 – “durmaq qadağandır”, “5.14” – “minik
taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhəsi
quraşdırılıb.
· Fuad
İbrahimbəyov və Cəfər Cabbarlı küçələri, 3 nömrəli şəhər poliklinikasının yanı (taksi
duracağı və avtobus zolağında minib-düşmə yeri);
·
Nəcəf
bəy Vəzirov küçəsi, 5 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və
taksi duracağı);
· Neftçi
Qurban Abbasov küçəsi, 33 nömrəli şəhər poliklinikası və 3 nömrəli Vərəm
Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı);
· Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsi, “Diamed Hospital”ın yanı (minib-düşmə yeri).
Digər xəbərlər
19 Iyun, 2026
149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
19 Iyun, 2026
AYNA ictimai nəqliyyat üzrə mötəbər beynəlxalq təşkilatın üzvü oldu
18 Iyun, 2026
Sürücü qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
17 Iyun, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
16 Iyun, 2026
22 nömrəli marşrut üzrə bütün avtobuslar yenilənir