Daha 4 ünvanda minib-düşmə yeri yaradılıb
23 Oktyabr, 2025
AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin
sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi
yerlərin yaradılması davam etdirilir.
Növbəti belə yerlər Nizami rayonunun Qara Qarayev
prospektinin üç ünvanında – “8-ci kilometr bazarı”nın qarşısında, “Neftçilər” və
“Xalqlar dostluğu” metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli
küçəsindəki "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun qarşısında
təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə
mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın
hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli,
təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir