Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Paytaxtın Səməd Vurğun və Mərdanov
qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv
olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait
yaradılıb.
Belə ki, Səməd Vurğun küçəsi,
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında
“3.28” - “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil
olunub. Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə
taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
Bundan əlavə, Mərdanov
qardaşları küçəsi,
Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında “3.28” -
“durmaq qadağandır” nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb
22 May, 2026
Daha bir ünvanda ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb