Daha 12 marşrut xəttinə əlavə avtobuslar cəlb edilib
13 Sentyabr, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara əlavə avtobusların cəlb olunması prosesi davam etdirilir. Bu gün daha 12 marşrut xəttinə 20-dən çox əlavə avtobus buraxılıb. Hazırda 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus cəlb edilib. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətlərinə buraxılıb.
Bu gün müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1886-dır. Ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 1697 olub. 189 avtobusun əlavə edilməsi illik 50 milyon səfər imkanının yaradılması deməkdir.
Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır.
Digər xəbərlər
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir