“Biletim.az”da yenilik: “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş etmək mümkündür
12 Yanvar, 2026
Bu gündən “biletim.az” portalından onlayn bilet
alan sərnişinlər üçün yenilik tətbiq edilir. Belə ki, artıq portalda bank kartı
məlumatlarını daxil etmədən “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş
etmək imkanı yaradılıb.
“Biletim.az” portalında 56 şəhər və rayona, 86
istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 349 reys olmaqla 397 nəqliyyat
vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma
sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Qeyd edək ki, “biletim.az” portalı vaxta qənaət,
müştəri məmnuniyyətinin təmin edilməsi və ölkədə nağdsız ödəniş dövriyyəsinin
artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Vətəndaşlara daha rahat
və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada
“biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir