Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
24 Noyabr, 2026
Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması
ilə bağlı tədbirlər çərçivəsində Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli,
Gəncə-Naftalan, Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə,
Zaqatala-Gəncə, Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki, Bərdə-Zaqatala,
Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumayıt və Bərdə-Tərtər şəhərlərarası
avtobus marşrutları müsabiqəyə çıxarılır.
Sənədlər 23 dekabr 2026-cı il saat 17:00-dək Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: cahangirov@ayna.gov.az)
qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat
vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Oğuz,
Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli və Gəncə-Naftalan istiqamətlərində 5
lot üzrə yanvarın 5-də;
Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər,
Balakən-Gəncə və Zaqatala-Gəncə istiqamətlərində 5 lot üzrə yanvarın 8-də;
Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki və
Bərdə-Zaqatala istiqamətlərində 5 lot
üzrə yanvarın 12-də;
Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan,
Neftçala-Sumayıt və Bərdə-Tərtər istiqamətlərində 5 lot üzrə yanvarın 15-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı
buradan əldə
etmək mümkündür.
Digər xəbərlər
24 Noyabr, 2026
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
24 Noyabr, 2026
Bakıda avtobuslarla sərnişindaşımada 8 faizdən çox artım qeydə alınıb
23 Noyabr, 2026
AYNA Sumqayıt Dövlət Universitetində mikromobillik üzrə maarifləndirici sessiya keçirib
20 Noyabr, 2026
57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
19 Noyabr, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir