“Biletim.az” portalında mühüm yenilik
28 Aprel, 2026
“Biletim.az” portalı üzərindən bilet alışı
prosesini sürətləndirmək və sərnişin məlumatlarının təkrar daxil edilməsinin
qarşısını almaq məqsədilə tətbiqə daha bir funksiya əlavə olunub.
Vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi
istiqamətində növbəti yenilik istifadəçilərə şəxsiyyət vəsiqəsi və xarici
pasport məlumatlarını sistemdə yadda saxlamaq imkanı yaradır.
Bu yenilik sayəsində istifadəçi 5 şəxsiyyət vəsiqəsi
və 5 xarici pasport məlumatlarını portala əlavə etmək imkanı əldə edir.
Həmçinin saxlanılmış sənədləri redaktə və əlavə etmək,
silmək mümkündür.
Qeyd edək ki, sənədlərdən biri əsas, digərləri əlavə
sənəd kimi təyin edilə bilər və bilet alışı zamanı avtomatik seçilmiş şəkildə
göstəriləcək.
“Biletim.az” portalında 58 məntəqə, 92 istiqamət
üzrə bilet almaq mümkündür. Sistemə 357 reys olmaqla 406 nəqliyyat vasitəsi
qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində
xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Digər xəbərlər
01 May, 2026
185 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir
01 May, 2026
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
30 Aprel, 2026
142 nömrəli marşrutun avtobusları yenilənir
29 Aprel, 2026
Artıq xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür
29 Aprel, 2026
Naxçıvanda 150-ə yaxın sürücü üçün təlimlər təşkil edilib