“Biletim.az” portalına yeni funksiya əlavə olunub
05 May, 2026
“Biletim.az” portalı istifadəçilərinin rahatlığının təmin
edilməsi məqsədilə tətbiqə daha bir funksiya əlavə olunub.
Yeni funksionallıq əvvəlcədən əldə edilən bilet üzrə
seçilmiş oturacaq yerinin dəyişdirilməsi, eləcə də seçilmiş reys üzrə çıxış
vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı yaradır. Bu yenilik sayəsində istifadəçilər əvvəlcədən əldə
etdikləri elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirmə imkanı əldə
edirlər.
Qeyd edək ki, yeni funksionallıq reysin çıxış vaxtına
24 saat qalmışadək mümkündür. Hər vətəndaş üçün 1 dəfə yerdəyişmə edə bilmək
imkanı verilir.
Hazırda “biletim.az” portalında 58 məntəqə, 94 istiqamət
üzrə bilet almaq mümkündür. Sistemə 361 reys olmaqla 409 nəqliyyat vasitəsi
qoşulub.
Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma
sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir