“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
01 Iyul, 2026
“Biletim.az”
portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqə daha
bir funksiya əlavə olunub.
Vətəndaşlara
artıq “biletim.az” tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş
olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb. İndiyədək
portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi.
Yeni
funksiya istifadəçilərə səfərlərini daha rahat planlaşdırmaq və bilet alışını
daha sürətli həyata keçirmək imkanı yaradır.
Xatırladaq
ki, daha əvvəl portal istifadəçiləri üçün öncədən əldə edilən bilet üzrə
seçilmiş oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış vaxtının
digər reysə (saata) dəyişdirilməsi imkanı yaradılıb. Eyni zamanda, portal
üzərindən tətbiqə giriş zamanı “myGov ID ilə giriş” funksionallığı təmin
edilib. İstifadəçilər ilkin qeydiyyat zamanı ad, soyad, doğum tarixi və digər məlumatları
doldurmaq əvəzinə portala birbaşa və sürətli giriş imkanı əldə ediblər.
Qeyd
edək ki, hazırda
“biletim.az” portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür.
Sistemə 370 reys olmaqla 418 nəqliyyat vasitəsi qoşulub.
Digər xəbərlər
03 Sentyabr, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,7 dəfə artıb
02 Sentyabr, 2026
“Brutto müqavilə”yə keçidlə ictimai nəqliyyat sahəsində yeni dövr başlayır
31 Avqust, 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
29 Avqust, 2026
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik