“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 43,6% artıb
06 Noyabr, 2025
Bu ilin yanvar-oktyabr aylarında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 654 278 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6% artıb.
2024-cü ilin 10 ayı ərzində
qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 22% idisə, cari ilin müvafiq
dövründə bu rəqəm 33%-ə yüksəlib.
Bu artım sərnişinlərin
avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən
onlayn bilet alışı imkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az”
portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə
346 reys olmaqla 394 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli
şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və
avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və
təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada
“biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir