“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfə artıb
10 Mart, 2026
Bu
ilin iki ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada
172 675 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2
dəfə çoxdur.
2025-ci
ilin yanvar-fevral ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi
29% idisə, cari ilin müvafiq dövründə bu rəqəm 42%-ə yüksəlib.
Bu
artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini
planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini
göstərir.
Qeyd
edək ki, “biletim.az” portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq
mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub. Onlayn
bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən
bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara
daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn
qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb