"Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb
08 Oktyabr, 2026
2026-cı ilin 9 ayı ərzində “biletim.az” portalı
vasitəsilə onlayn qaydada 941 000-dən çox bilet əldə edilib ki, bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.
Həmçinin ötən ilin yanvar-sentyabr
aylarında onlayn satılmış biletlərin xüsusi çəkisi ümumi bilet satışının 28%-ni
təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 42%-dir.
2025-ci ilin 9 ayında qabaqcadan satış üzrə biletlərin
xüsusi çəkisi 36% idisə, cari ilin müvafiq dövründə bu göstərici 48%-ə yüksəlib.
Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini
planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini
göstərir.
Qeyd edək ki, “biletim.az” portalında 61 məntəqəyə
97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys olmaqla 426 nəqliyyat
vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma
sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil
başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə
etmələri tövsiyə olunur.
Digər xəbərlər
08 Oktyabr, 2026
120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
08 Oktyabr, 2026
133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
07 Oktyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
07 Oktyabr, 2026
Ötən ay mikromobillik vasitələrindən istifadə rekord həddə çatıb
02 Oktyabr, 2026
5 şəhərlərarası və paytaxtın 2 şəhərətrafı marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib