“Biletim.az” portalında 13 marşrut üzrə biletlər satışa çıxarılıb
16 Dekabr, 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) göstərdiyi xidmətlərin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn biletlər “biletim.az” portalı üzərindən satışa çıxarılıb.
İlkin mərhələdə 13 marşrut üzrə – paytaxt Bakıdan Gəncə, Qazax, Bərdə, Mingəçevir, Şəki, Zaqatala, Qax, Quba, Qusar, Xudat, Astara və Lənkərana, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara biletləri 10 gün əvvəldən əldə etmək mümkündür. Vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malik olan portala ilkin mərhələdə 25 daşıyıcı qoşulub.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Sistemin “Biletim” mobil tətbiqi də istifadəyə verilib. Mobil cihazlar üçün tətbiqi “App Store” və “Google Play”dən yükləmək mümkündür.
Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir