Bəzi marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək
24 Aprel, 2026
24-27 aprel tarixlərində paytaxtın Səməd Vurğun və
Rəşid Behbudov küçələri, eləcə də Heydər Əliyev prospektinin əsas və kənar yollarında
(şəhər istiqaməti) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar
tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bəzi marşrutların hərəkəti alternativ
küçələrlə təşkil ediləcək.
Belə ki,
- Səməd
Vurğun küçəsindən keçən 61 nömrəli marşrut Azadlıq prospektilə, 88A nömrəli
marşrut isə Rəşid Behbudov və Salatın Əsgərova küçələrilə;
- Rəşid
Behbudov küçəsindən keçən 4 nömrəli marşrut Puşkin küçəsi, Azadlıq prospekti və
Füzuli küçəsilə, 5, 20, 61, 88 nömrəli marşrutlar isə Xaqani, Puşkin və Füzuli
küçələrilə;
- Heydər
Əliyev prospektinin əsas yolundan keçən H1 nömrəli marşrut kənar yolla hərəkət
edəcək.
Qismən məhdudlaşdırılması nəzərədə tutulan Heydər
Əliyev prospektinin kənar yolundan keçən 1, 13, 38 və M8 nömrəli marşrutların
intervallarında artım ola bilər.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir