Beynəlxalq Nəqliyyat Forumunda Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiqinə dair qərar qəbul edilib
19 Aprel, 2023
Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun iclası keçirilib. İclasda Avropa Nəqliyyat Nazirləri Konfransının (Beynəlxalq Nəqliyyat Forumunun) beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiqinə dair qərar qəbul edilib.
Bununla da sözügedən mötəbər beynəlxalq qurum tərəfindən Azərbaycanda beynəlxalq daşımaların tənzimlənməsi və idarə edilməsinin ən yüksək beynəlxalq tələblərə uyğun təşkil olunduğu qəbul edilib.
Qeyd edək ki, ölkəmiz Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokola Ulu Öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 27 noyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən qoşulub.
Beynəlxalq Nəqliyyat Forumu tərəfindən verilən çoxtərəfli və çoxdəfəli illik icazələrlə Azərbaycan Respublikasında qeydiyyata alınan beynəlxalq yükdaşıma fəaliyyəti göstərən operatorlar tərəfindən 43 Avropa ölkəsinə və əksinə davamlı yükdaşıma fəaliyyəti həyata keçirilir.
Keyfiyyət Xartiyasının Azərbaycan Respublikasında tam tətbiq edilməsi ilə işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən operatorların və peşəkar sürücülərin beynəlxalq yük daşımalarına cəlb edilmələri təmin ediləcək. Milli daşıyıcıların beynəlxalq daşımalar bazarında, xüsusilə Avropa ölkələri istiqamətində daşımalarda payları əsaslı dərəcədə artırılacaq və beynəlxalq səviyyədə rəqabətə daha dayanıqlı olmaları təmin ediləcək.
Onu da qeyd edək ki, iclas çərçivəsində Ermənistanın təqdim etdiyi sənədlərə də baxılıb və sənədlər qurumu qane etməyib.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir