Balakən kanat yolunun inşasına başlanılıb
07 May, 2026
Balakən
şəhərinin Heydər Əliyev parkında kanat yolunun inşası istiqamətində işlərə
başlanılıb. Artıq mövcud kanat yolunun söküntüsü həyata keçirilir. İlkin mərhələdə
kanat xəttinin troslarının, aşağı və yuxarı terminalların bütün texnoloji və
elektrik avadanlıqları demontaj edilib. Hazırda terminal binalarının sökülməsi
həyata keçirilir.
Layihələndirməyə
əsasən, Balakən kanat yolunun uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq.
Kanat yolu ilə hərəkət müddəti təxminən 4 dəqiqə təşkil edəcək. 6 kabin vasitəsilə
saatda 330 sərnişinin daşınması mümkün olacaq.
Xatırladaq
ki, Balakən kanat yolu layihəsi Azərbaycan Respublikası Prezidentinin “Balakən
rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və
tikintisi ilə bağlı tədbirlər haqqında” 8 may 2025-ci il tarixli Sərəncamı ilə
təsdiqlənib. Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun
inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.
Ətraflı: https://www.youtube.com/watch?v=HCzrvRRdoU0
Digər xəbərlər
11 Iyun, 2026
Qurumlararası əməkdaşlığın gücləndirilməsi məqsədilə infosessiyalar keçirilib
10 Iyun, 2026
1 - 4 iyun tarixləri aralığında gündüz və gecə görülən işlərin xronikası
09 Iyun, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
08 Iyun, 2026
Təbriz küçəsi daha rahat və təhlükəsiz hərəkət məkanına çevriləcək
05 Iyun, 2026
Daha 6 tibb müəssisəsinin yanında minib-düşmə yerləri yaradılıb