Bakıdan Şabran, Siyəzən, Göyçay, Oğuz, İsmayıllı və Cəlilabad istiqamətlərinə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
19 Iyun, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2 iyun 2023-cü il tarixində 6 istiqamət üzrə müsabiqəyə təqdim etdiyi “Bakı-Şabran-Bakı”, “Bakı-Siyəzən-Bakı”, “Bakı-Göyçay-Bakı”, “Bakı-Oğuz-Bakı”, “Bakı-İsmayıllı-Bakı” və “Bakı-Cəlilabad-Bakı” şəhərlərarası müntəzəm avtobus marşrutlarının müvafiq reysləri üzrə müsabiqəni uyulun 18 və 19-da keçirəcək.
İddiaçıların təklifləri komissiya tərəfindən “Bakı-Şabran-Bakı” və “Bakı-Cəlilabad-Bakı” istiqamətlərində 7 Lot üzrə iyulun 18-də, “Bakı-Siyəzən-Bakı”, “Bakı-Göyçay-Bakı”, “Bakı-Oğuz-Bakı” və “Bakı-İsmayıllı-Bakı” istiqamətində 6 Lot üzrə iyulun 19-da müsabiqə keçirilən zaman açıqlanacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir