Bakıda marşrut xətlərinə əlavə 112 avtobus cəlb edilib
11 Sentyabr, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətlərini təhlil edib. Marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb. Sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Hazırda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə olaraq 112 avtobus cəlb edilib. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətlərinə buraxılıb. Müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. İctimaiyyətə bu barədə məlumat veriləcək.
Daşıyıcılarla keçirilən görüşlərdə sərnişin tələbatı barədə məlumatların mütəmadi olaraq AYNA-ya təqdim edilməsi barədə tapşırıq verilib. Həmçinin avtobus parklarına baxış keçirilərək nəqliyyat vasitələrinin sazlığı yoxlanılıb.
Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır.
Digər xəbərlər
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir