Bakıda 47 km-ə yaxın mikromobillik zolağı təşkil edilib
11 Dekabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 43 küçə və prospektdə 47 km-ə yaxın mikromobillik zolağı təşkil edilib.
Son olaraq mikromobillik
zolaqları Əbdürrəhim bəy Haqverdiyev küçəsi və İnşaatçılar prospektində
yaradılıb. Növbəti mərhələdə zolaqların davamlılığının təmin edilməsi və şəhərin
mərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirməsi nəzərdə tutulur.
Görülən işlər nəticəsində
müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları
quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub.
Avtomobillərlə yarana biləcək
münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri təşkil
edilib. Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələri
quraşdırılıb. Qeyd olunan istiqamətlərdə işlər davam etdirilir.
Həmçinin paytaxtda skuterlər
üçün 650 parklanma məntəqəsi təşkil edilib. Velosipedlər üçün yaradılan 500
parklanma məntəqəsində isə 900-dən artıq velosiped dayanacağı quraşdırlıb.
Əhali arasında velosipeddən və
skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş
istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin
qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini
nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində mikromobillik
zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir