Bakı-Qusar-Bakı və Bakı-Xudat-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
13 Iyun, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2 iyun 2023-cü il tarixində 8 istiqamət üzrə müsabiqəyə təqdim etdiyi şəhərlərarası müntəzəm avtobus marşrutlarından ikisi – Bakı-Qusar-Bakı və Bakı-Xudat-Bakı marşrut xətləri üzrə müsabiqəni uyulun 13 və 14-də keçirəcək.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Qusar-Bakı və Bakı-Xudat-Bakı istiqamətlərində 7 Lot üzrə iyulun 13-də, Bakı-Qusar-Bakı istiqamətində 7 Lot üzrə iyulun 14-də müsabiqə keçirilən zaman açıqlanacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir