Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
19 Mart, 2022
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar cəlb edilib.
Martın 18-19-u tarixlərində xəttə hər gün üçün müvafiq olaraq 130 əlavə avtobus buraxılıb. Bu ana olan məlumata görə, martın 19-da daşınan sərnişinlərin sayı 10 064, xəttə buraxılan ümumi avtobusların sayı isə 308 olub.
Əsas təlabat Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən, Bakı-Masallı-Lənkəran-Lerik-Astara istiqamətlərinə olub.
Cənub istiqaməti üzrə adi günlərdə orta hesabla günə 14 reys olur, 280-ə yaxın sərnişin daşınır. 18 mart tarixində bu istiqamətdə 36 reys təşkil edilib, 743 sərnişin daşınıb. 19 mart tarixində isə 32 reys təşkil edilib, 821 sərnişin daşınıb.
Biləsuvar istiqamətində sərnişindaşıma Bakı-Biləsuvar-Cəlilabad marşrutu üzrə həyata keçirilir. Adi günlərdə orta hesabla 6 reys olur. 18 mart tarixində bu istiqamətdə 26, 19 mart tarixində hazırkı saata 20 reys təşkil edilib. Sərnişinlərin təlabatı tam qarşılanıb və bu proses davam etdirilir.
Məlumat üçün bildirək ki, əvvəlcədən biletlərini onlayn sifariş edənlərin sayı əvvəlki illərdən daha çox olub. Tələbat əsasən Bakıdan rayonlar istiqamətindədir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir