Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
28 Mart, 2022
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu dövrdə vətəndaşlar vaxt itirməsin deyə əlavə kassalar açılıb, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə hər gün 123 əlavə avtobus buraxılıb. Bayram günləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara səfər edən bütün sərnişinlərin təlabatı tam qarşılanıb. Sərnişinlər təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılıb. Heç bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb.
15-27 mart tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın digər şəhər və rayonlarına 2813 reyslə 76.369 sərnişin daşınıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir