Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
12 Oktyabr, 2026
Bakı şəhərində mikromobillik infrastrukturunu
inkişaf etdirmək və şəbəkənin davamlılığına nail olmaq məqsədilə Azadlıq prospektinin
daha bir hissəsində mikromobillik zolağı təşkil edilib.
Velosiped və skuterlərdən istifadə edən hərəkət
iştirakçılarının rahatlığını təmin etmək üçün Dilarə Əliyeva və Xaqani küçələri
arasında təşkil olunan zolaq 28 May, Nizami və Xaqani küçələrindəki zolaqları
daha bir istiqamətdən əlaqələndirib.
Qeyd edək ki, mikromobillik zolağı çəkilən zaman prospektdə
zolaqların eni standartlara uyğunlaşdırılıb və sayı sabit saxlanılıb.
Ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın
günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.
Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,8
km-ə çatdırılıb. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi
genişləndiriləcək.
Digər xəbərlər
12 Oktyabr, 2026
Futbol oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
09 Oktyabr, 2026
20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
08 Oktyabr, 2026
120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
08 Oktyabr, 2026
133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
08 Oktyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb