Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib
08 Noyabr, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib. Agentliyin inzibati binasında təşkil olunan tədbirdə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda vurğulanıb ki, məhz 2020-ci il noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın 200 illik işğal siyasətinə son qoydu. Azərbaycanın adı dünya tarixinə qalib dövlət kimi yazıldı. Bildirilib ki, bu ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə 44 günlük müharibəyə yekun vuruldu. Bununla Azərbaycan pozulan hüquqlarını, ərazi bütövlüyünü, suverenliyini təmin etdi, bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə və digər torpaqlarımızda ucaldıldı. Ali Baş Komandanın rəhbərliyi ilə hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu dünya hərb tarixinə düşən bir qələbəyə imza atdı.
Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları çıxış edərək döyüş xatirələrini bölüşüblər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir