AYNA xəbərdarlıq edir: şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır
03 Noyabr, 2023
Son zamanlar sosial şəbəkələrdə müəyyən ödəniş müqabilində təlimlərdə iştirak etmədən taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə şəhadətnamələrin verilməsi ilə bağlı məlumatlar yayılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirir ki, bu məlumatlar tam əsassızdır. Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır. Belə olan halda sənədin saxta olub-olmaması müəyyən edilə bilər. Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq.
Qeyd edək ki, rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır.
AYNA taksi sürücülərinə yalan vədlərə aldanmamağı tövsiyə edir. Vətəndaşlara təlimlərdə iştirak etmək üçün AYNA-nın Təlim-Tədris Mərkəzinə (ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərinə müraciət etmələri xahiş olunur.
Xatırladaq ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Bu günədək 11 min 691 nəfər təlimlərdə iştirak etmək üçün müraciət edib. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla keçirilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir