AYNA və AzTU tərəfindən nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib
07 Dekabr, 2023
Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Texniki Universiteti və Özbəkistanın “Transproyekt” məsləhətçi şirkətinin təşkilatçılığı ilə baş tutub.
Konfransda mobillik proqramı və Bakı aqlomerasiyasının nəqliyyat modeli, Azərbaycanda mobillik planlarının hazırlanması təcrübəsi, müxtəlif ölkələrdə ictimai nəqliyyat üçün marşrut şəbəkələrinin planlaşdırılması və nəqliyyat sahəsində “rəqəmsal əkiz”lərin yaradılması mövzuları üzrə məruzələr təqdim olunub.
Azərbaycanla yanaşı, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın nəqliyyat sahəsində fəaliyyət göstərən nazirlik və qurumların nümayəndələri, beynəlxalq məsləhətçi təşkilatların mütəxəssisləri ictimai nəqliyyatın və nəqliyyat modellərinin inkişafı, planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, yol hərəkətinin tənzimlənməsinin optimallaşdırılması mövzularında çıxışlar ediblər.
İkigünlük tədbirdə nəqliyyat sahəsində ictimai və qeyri-kommersiya təşkilatlarının təmsilçiləri, ali təhsil müəssisələrinin müəllim və tələbə heyətləri iştirak ediblər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir