AYNA tərəfindən sahibkarlıq subyektlərinə göstərilən bir sıra xidmətlər yeni ünvanda təşkil edilir
23 Yanvar, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sahibkarlıq subyektlərinə göstərilən bir sıra xidmətlər yeni ünvanda təşkil edilir. Bu gündən daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını artıq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşlarından təhvil ala bilərlər.
Həmçinin “Bakı KOB evi”ndə AYNA tərəfindən “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi xidməti də göstərilir.
Ünvan: Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir