AYNA tərəfindən regionlarda sahibkarlıq subyektlərinə göstərilən bir sıra xidmətlər yeni ünvanda təşkil edilir
12 May, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən regionlarda sahibkarlıq subyektlərinə göstərilən bir sıra xidmətlər yeni ünvanda təşkil edilir. Artıq Xaçmaz və Yevlax KOB evlərində AYNA tərəfindən iriqabaritli yüklərin daşınması üçün icazələr, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsinə başlanılıb.
Həmçinin Yevlax və Xaçmaz şəhərlərində daşıyıcılar “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartları”nı təqdim edərək “İcazə” blanklarını Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Xaçmaz və Yevlax KOB evində AYNA-nın əməkdaşlarından təhvil ala bilərlər. Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı” da KOB evlərində təqdim olunur.
Qeyd edək ki, bu ilin yanvar ayından etibarən AYNA tərəfindən göstərilən bir sıra xidmətlər ilk olaraq “Bakı KOB evi”ndə təşkil edilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir