AYNA-nın sahibkarlıq subyektlərinə göstərdiyi bir sıra xidmətlər yeni ünvanda təşkil ediləcək
16 Yanvar, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2021-ci ildən etibarən beynəlxalq yük daşımaları üçün tələb olunan “İcazə” blanklarının daşıyıcılar arasında bölgüsünü şəffaf mexanizm əsasında həyata keçirir. Bölgüdə ictimai iştirakçılıq tam təmin olunur, yük daşıyıcılarının özləri də prosesdə iştirak edirlər.
Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış “İcazə” blanklarını bundan sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşlarından təhvil ala biləcəklər.
AYNA “Bakı KOB evi”ndə, həmçinin iriqabaritli yüklərin daşınması üçün icazə, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi xidmətləri də göstərəcək.
“Bakı KOB evi”nin ünvanı: Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir