“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub
15 May, 2026
17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar “AYNA MaaS” mobil tətbiqinə
yeni funksiya əlavə olunub.
Qonaqlar və tədbir iştirakçıları tətbiqdə “WUF13”
funksiyasını aktivləşdirməklə sessiyanın keçiriləcəyi günlərdə səyahətlərini
daha asan və rahat edə bilərlər.
İstifadəçilər xəritədə xüsusi “WUF13”
dayanacaqlarını görə və seçdikləri dayanacaqlar üçün avtobusların gəliş
vaxtlarını real zaman rejimində izləyə bilərlər.
Həmçinin, "Gedəcəyiniz yer" bölməsində
"Bakı Olimpiya Stadionu"na daxil olaraq məkana səyahəti planlaşdırmaq
mümkündür.
Ətraflı məlumat üçün təlimat videosu təqdim olunur:
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir