“AYNA MaaS” tətbiqi bir qədər də təkmilləşdirilib
18 Fevral, 2026
Nəqliyyat
növlərindən istifadə ilə bağlı seçim imkanlarını təmin etmək və xidmətlərin əlçatanlığını
artırmaq məqsədilə təqdim edilən “AYNA MaaS” tətbiqi bir qədər də təkmilləşdirilib.
Artıq tətbiqdə
istiqamət nömrəsi (direction number) göstərilmir, yalnız marşrut nömrəsi əks
olunur. Bu dəyişiklik istifadəçilər tərəfindən marşrut seçimi zamanı yaranan çətinlikləri
aradan qaldırmaq üçün edilib. İndi istiqamət barədə məlumat sistem daxilində
qorunur, istifadəçi interfeysindəki əlavə nömrələnmə isə ləğv olunub. Avtobus həkəti
isə daha axıcı və aydın əks olunur.
Həmçinin
sistem tərəfindən göstərilən vaxtların hansı əsasla hesablandığı daha aydın
formada təqdim olunur. Əgər gəliş vaxtı real zaman (GPS) məlumatına deyil,
marşrutun intervalına əsaslanırsa, bu hal istifadəçiyə aydın şəkildə
bildirilir. İstifadəçi artıq “təxmini” ilə “real” arasındakı fərqi görür.
Bu yenilik məlumatı daha düzgün qiymətləndirməyə və planlamanı daha rahat
aparmağa imkan yaradır. Yəni, istifadəçi
real rejimdə avtobusların dayanacağa yaxınlaşmasını hətta evdən çıxmadan belə
izləyə bilir, səfərini ona uyğun planlaşdırır, bununla da vaxtına qənaət etmiş
olur. Artıq “AYNA MaaS” bu yeniliklə
istifadəçiyə sadəcə marşrut təqdim etmir, qərar vermək üçün aydın və etibarlı məlumat
təqdim edir.
Təkmilləşdirmə
nəticəsində istifadəçi artıq xəritədə seçilən dayanacaq üzrə həmin məntəqədən
keçən bütün marşrutları bir ekranda görə bilir. İstifadəçilər marşrut
nömrəsini və adını, hərəkət istiqamətini (başlanğıc və son dayanacaq),
marşrutun uzunluğunu, daşıyıcı məlumatını aydın formada görə bilirlər və ən
rahat istiqaməti daha sürətli seçmək imkanı əldə edirlər.
Bu
yenilik vətəndaşlara seçdikləri dayanacaq üzrə daha dolğun məlumat əldə etməyə
və səfərlərini daha düzgün planlamağa imkan yaradır.
Bundan
sonra istifadəçilər yalnız cari vaxt üçün deyil, gələcək tarixlər üçün də səfər
planlaşdıra biləcəklər. “Date-time” bölməsi vasitəsilə evdən çıxmadan, hətta 7
gün sonrakı səfəri əvvəlcədən təşkil etmək mümkündür. Bu funksiya səfəri əvvəlcədən
planlaşdırmaq və vaxtı daha səmərəli idarə etmək imkanı yaradır.
Qeyd
edək ki, “AYNA MaaS” tətbiqi istifadəçilərin istəkləri əsasında daim təkmilləşdiriləcək.
İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdən göndərə bilərlər. Mobil tətbiqi
həm App Store, həm də Google Play Store-dan yükləmək mümkündür.
Video
üçün keçid: https://www.youtube.com/watch?v=mE-xQDJUsrQ
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb