Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
16 Mart, 2026
Respublika ərazisində fəaliyyət göstərən bütün
avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramları günlərində əhalinin
nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 19-30
mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası
və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən
daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi,
kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata
keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının
alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə
ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq
tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK)
bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə
buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik
qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə
lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin
avtovağzalların kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, hazırda portalda 58 məntəqə, 91
istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat
vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi,
ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə
malikdir.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil
başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə
etmələri tövsiyə olunur.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir