Avtobuslar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək
25 Dekabr, 2025
31
Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar
Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək.
Bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və
şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar
sərnişin axınının daha intensiv olacağı nəzərə alınaraq təhlükəsiz, rahat və
fasiləsiz daşınmanın təmin edilməsi məqsədilə müntəzəm marşrutlar üzrə fəaliyyət
göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib.
Qeyri-iş günlərində də sərnişindaşıma fəaliyyətini
qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi, sürücülərin təsdiq olunan hərəkət
qrafikinə riayət edilməsinə nəzarətin gücləndirilməsi daşıyıcıların diqqətinə
çatdırılıb.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir