Avtobus idarə edəcək qadın sürücülər üçün təlimlər davam edir
05 Fevral, 2026
Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) qadın sürücülərin peşəkar bacarıqlarını artırmaq, onların
ictimai nəqliyyat sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədilə
paytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir. Proqram çərçivəsində
namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və
praktiki cəhətdən hazırlıq keçirlər.
Layihənin birinci mərhələsində
3 xanım təlim və imtahanları uğurla tamamlayaraq artıq avtobus sürücüsü kimi fəaliyyət göstərir. Hazırda davam edən ikinci mərhələdə isə
6 xanım namizəd təlim prosesində iştirak edir.
Təlim proqramı avtobusları idarəetmə bacarıqları ilə
yanaşı, davranış psixologiyası, sərnişindaşıma qaydaları və hərəkət təhlükəsizliyi
üzrə mövzuları əhatə edir.
Qadın avtobus sürücüsü vakansiyası üzrə qəbul
prosesi davam edir.
Təlim prosesindən videonu təqdim edirik:
https://www.youtube.com/shorts/jfCyYcHbvPo
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb