Artıq xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür
29 Aprel, 2026
May ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma
Forumundan öncə silsilə tədbirlərdən daha biri reallaşdı. Artıq ictimai nəqliyyatda
xarici bank kartları ilə ödənişlər mümkün oldu. Belə ki, xarici emissiyalı bank
kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş
imkanı qoşulub.
Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə
kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları
vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli
yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.
Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən
başlanılıb. Bu, sərnişinlərə rahat ödəniş imkanı yaratmaqla yanaşı, xidmət
keyfiyyətini artırmağa da imkan verir.
Xatırladaq ki, NFC ödəniş sistemi hazırda Bakı və Gəncə
şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.
İctimai nəqliyyatda bu yeniliyə “K-Group”
(BakıKart) şirkəti və banklarla birgə əməkdaşlıq çərçivəsində nail olunub.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir