“Albalılıq deposu”nun açılışı ilə 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi
17 Mart, 2026
Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində “Albalılıq
elektrik avtobus deposu”nun istifadəyə verilməsi ilə 2025-ci ildə Azərbaycanda
istehsal edilən 167 ədəd “BYD” markalı tam elektrik mühərrikli avtobusa xidmət
göstərilir.
Yeni avtobuslar Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna,
Qala, Maştağa və Nardaran qəsəbələrini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə
əlaqələndirir. Bu yanaşma avtobusların depodan xidmət edəcəyi əraziyə kimi daha
tez çatmasına və sürətli enerji doldurulmasına şərait yaradır.
Artıq 7 marşrut xətti üzrə (140, 150, 172, 189,
140E, 141E və M8) istifadə olunan avtobusların hamısı yenilənərək tam elektrikləşdirilib.
Qeyd edək ki, sözügedən marşrut xətləri üzrə daha əvvəl
istifadə olunan “BMC” markalı ekoloji təmiz avtobuslar isə “BakuBus” MMC tərəfindən
paytaxtın digər ərazilərində fəaliyyət göstərən mövcud marşrut xətlərinin gücləndirilməsinə
cəlb olunub.
Sərnişin tələbatı və axını nəzərə alınaraq mövcud
marşrutlara əlavə nəqliyyat vasitələrinin buraxılması ilə əhalinin ictimai nəqliyyata
əlçatanlığı artırılıb, avtobusların yüklülüyü azalıb və xidmət keyfiyyəti yüksəldilib.
Elektrikli avtobuslar yaşıl və dayanıqlı nəqliyyat
sisteminin əsas elementlərindən olmaqla atmosferə zərərli qazların
buraxılmasını aradan qaldırır, havanın keyfiyyətini yaxşılaşdırır və səs-küyü azaldır.
Bu isə ekoloji vəziyyətə və müasir ictimai nəqliyyat sisteminin inkişafına
mühüm töhfə verir.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir