Abbasqulu ağa Bakıxanov küçəsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək
26 Noyabr, 2025
Nəqliyyatın idarə edilməsinin təkmilləşdirilməsi
işləri çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın
Abbasqulu ağa Bakıxanov küçəsində hərəkətin
yenidən təşkili ilə bağlı layihə həyata keçiriləcək.
Bu küçədə darboğaz effekti nəqliyyat şəraitini çətinləşdirir.
Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsi istiqamətində
nəqliyyat vasitələrinin düzünə hərəkəti zamanı nəqliyyat axınları 3 hərəkət
zolağından 2 hərəkət zolağına keçmək məcburiyyətində qalır. Bu da yolun buraxıcılıq
qabiliyyətini aşağı salır və sıxlığa səbəb olur.
Nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi
məqsədilə burada yeni layihə icra olunacaq.
Abbasqulu ağa Bakıxanov küçəsində zolaqların silinərək
yenidən təşkil edilməsi ilə Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılacaq. Əks
istiqamətdə isə zolaqların sayı eyni saxlanılacaq.
Dəyişiklikdən sonra darboğaz effekti aradan
qaldırılacaq, nəqliyyat vasitələrinin hərəkəti daha da asanlaşacaq.
Tətbiq ediləcək dəyişiklik barədə videoçarxda tanış
ola bilərsiniz:
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir