9-14 fevral 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
25 Fevral, 2026
Yenilənmə işləri:
Abşeron küçəsində (Buzovna–Maştağa yolu) 3 piyada keçidi iki komponentli boyadan istifadə olunaraq bərpa edilib.
72-ci Binə küçəsində (88 saylı tam orta məktəbin qarşısı) 1, Muxtar Fətəliyev küçəsində 1 piyada keçidi iki komponentli boyadan istifadə olunaraq təşkil edilib.
Abşeron küçəsində (Buzovna–Maştağa yolu) “1.17” üfüqi nişanlanma xətti təşkil edilib.
Vəli Məcidov küçəsində, Kənar Dairəvi yolda və Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətləri təşkil edilib.
Aşıq Molla Cümə küçəsində qara boya ilə üfüqi nişanlanma xətləri silinib.Səttar Bəhlulzadə küçəsində 2, İntiqam Nəbiyev küçəsində 1, Balaxanı–Binəqədi yolunda 1, Lökbatan–Qobu yolunda 3 piyada keçidi iki komponentli boyadan istifadə olunaraq təşkil edilib.
Səttar Bəhlulzadə küçəsində avtobus dayanacaq məntəqəsində “1.17” üfüqi nişanlanma xətti çəkilib.
Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri davam etdirilib.
Malik Mustafayev küçəsində üfüqi nişanlanma xətləri təşkil edilib.
İsmayıl bəy Qutqaşınlı küçəsində qara boya ilə üfüqi nişanlanma xətləri silinib.
Lökbatan–Qobu yolunda iki komponentli boyadan istifadə olunaraq yeni quraşdırılmış svetofor obyektlərində 3 piyada keçidi və müvafiq üfüqi nişanlanma xətləri təşkil edilib.
Abşeron küçəsində (Buzovna–Maştağa yolu) iki komponentli boyadan istifadə olunaraq zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən və digər üfüqi nişanlanma xətləri çəkilib.
Abşeron küçəsində 3, Muxtar Fətəliyev küçəsində 1, Elşən Süleymanov küçəsində 1, Nəriman Əliyev küçəsinin Buzovna–Maştağa yolu ilə kəsişməsində 2, Bakı–Şamaxı yolunda 1 piyada keçidi təşkil edilib.
Heydər Eyvazov və Milli Həmrəylik küçələrində piyada keçidi bərpa edilib.
Heydər Eyvazov, 12-ci Buzovna, Abşeron küçələrində, BakuBus yolunda, Nəriman Əliyev küçəsinin Buzovna–Maştağa yolu ilə kəsişməsində üfüqi nişanlanma xətləri çəkilib.
Heydər Eyvazov və Abşeron küçələrində və Buzovna–Maştağa yolunda avtobus dayanacaq məntəqələrində “1.17” üfüqi nişanlanma xətləri təşkil edilib.
İctimai nəqliyyat infrastrukturu:
Bakı–Şamaxı yolunda 6, 10 May küçəsində 5, Gülməmməd Ramazanov küçəsində 1 ədəd olmaqla sərnişin tələbatını və vətəndaşların ictimai nəqliyyata əlçatanlığını artırmaq məqsədilə “5.12” yol nişanları quraşdırılaraq dayanacaq məntəqələri təşkil edilib.
Səttar Bəhlulzadə küçəsində 2, Xanlar küçəsində 2, Nəriman Əliyev küçəsində 1, Məmməd Namazov küçəsində 1, Bakı–Şamaxı yolunda 4 ədəd olmaqla sərnişin tələbatını və vətəndaşların ictimai nəqliyyata əlçatanlığını artırmaq məqsədilə “5.12” yol nişanları quraşdırılaraq dayanacaq məntəqələri təşkil edilib.
Əmircan qəsəbəsində 1 dayanacaq pavilyonu quraşdırılıb.
Sərnişin tələbatını və ictimai nəqliyyata əlçatanlığı artırmaq məqsədilə Zuğulba şosesində 1, Dəmiryolçular küçəsində 1, Dübəndi yolunda 1, Qala–Pirallahı şosesində 1, Seyid Əzim Şirvani küçəsində 2, Baksol küçəsində 1, Binəqədi–Novxanı yolunda 1, Xanlar küçəsində 11, Rizvan Teymurov ilə Şirin Mirzəyev küçələrinin kəsişməsində 1, Puta–Korgöz yolunda 2, Qızıldaş qəsəbəsində 2, 13-cü küçədə 2, Müşfiqabad–Qızıldaş yolunda 2, Türkan qəsəbəsində 12, Yeni Ramana küçəsində 2, Bakı–Şamaxı yolunda 1, Xocasən şosesində 3, Salyan şosesində 2 və Məhəmməd Seyidov küçəsində 1 ədəd olmaqla “5.12” yol nişanları quraşdırılaraq dayanacaq məntəqələri təşkil edilib.
Mikromobillik:
Cəfər Cabbarlı küçəsində 2, Abbasqulu ağa Bakıxanov küçəsində 1 ədəd “4.5” yol nişanı quraşdırılıb.
Cəfər Cabbarlı küçəsində velosiped zolağında yaşıl boya ilə üfüqi nişanlanma xətti təşkil edilib.
Cəfər Cabbarlı küçəsində 12, Xəqani küçəsi ilə Bülbül prospektinin kəsişməsində 28 velosiped təhlükəsizlik səddi quraşdırılıb.
Xaqani küçəsində 60 ədəd velosiped təhlükəsizlik səddi quraşdırılıb.
Parklanma:
28 May küçəsində 3, Binəqədi–Novxanı yolunda 4, Sahil küçəsində 4, Cəfər Cabbarlı küçəsində 2 ədəd “3.27” yol nişanı quraşdırılıb.
Vəli Məcidov küçəsində 21, Əhməd Rəcəbli küçəsində 8 parklanma məntəqəsində yol nişanı quraşdırılıb.
Aşıq Molla Cümə küçəsində 5 yerlik və Vəli Məcidov küçəsində 5 yerlik parklanma məntəqəsinin təşkili üçün iki komponentli boyadan istifadə olunaraq üfüqi nişanlanma xətləri təşkil edilib.İsmayıl bəy Qutqaşınlı küçəsində 1 “3.28” yol nişanı quraşdırılıb.
Şirin Mirzəyev küçəsində 4 parklanma məntəqəsində yol nişanı quraşdırılıb.
Atatürk prospektində 26 yerlik parklanma məntəqəsinin təşkili üçün iki komponentli boyadan istifadə olunaraq üfüqi nişanlanma xətləri təşkil edilib.
Yusif Vəzir Çəmənzəminli küçəsində 35 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri bərpa edilib.
Səttar Bəhlulzadə küçəsində 18 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri təşkil edilib.
Puşkin küçəsində 1, Mehdi Mehdizadə ilə Natiq Əliyev küçələrinin kəsişməsində 1 və Heydər Əliyev adına Hava Limanı ərazisində 6 ədəd “3.27” yol nişanı quraşdırılıb.
Vəli Məcidov küçəsində 15, Şirin Mirzəyev küçəsində 1, Səməd bəy Mehmandarov küçəsində 5 parklanma məntəqəsində yol nişanı quraşdırılıb.
Azad Hümbətov küçəsində 42 və Aşıq Molla Cümə küçəsində 10 yerlik parklanma məntəqələrinin təşkili üçün iki komponentli boyadan istifadə olunaraq üfüqi nişanlanma xətləri çəkilib.
Əliyar Əliyev küçəsində 35 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri bərpa edilib.
Yol nişanları:
İsmayıl bəy Qutqaşınlı küçəsində 1, Binəqədi–Novxanı yolunda 4, Sahil küçəsində 4, Cəfər Cabbarlı küçəsində 13, Mübariz İbrahimov küçəsində 3, Maştağa–Buzovna yolunda 4, Muxtar Fətəliyev küçəsində 8, Mehdi Hüseyn küçəsində 1, Kövkəb Səfərəliyeva küçəsində 1, Malik Mustafayev ilə Elxan Həsənov küçələrinin kəsişməsində 6, Bakı Dairəvi yolunda 1 yol nişanı quraşdırılıb.
Bakı Dairəvi yolunda 59 ədəd delenator quraşdırılıb.
Səttar Bəhlulzadə küçəsində 5, Mehdi Hüseyn küçəsində 2, Rüstəm Rüstəmov küçəsində 16, 72-ci Binə küçəsində (88 saylı tam orta məktəbin qarşısı) 6, Atatürk prospektində 3 yol nişanı quraşdırılıb.
Seyid Əzim Şirvani küçəsində 1, Xanlar Ələkbərov küçəsində 15, Məmməd Səid Ordubadi küçəsində 4, Baksol küçəsində 4, Əjdər Məlikov küçəsində 4, Yusif Səfərov ilə Ələddin Quliyev küçələrinin kəsişməsində 4, Rahim Məmmədov küçəsində 4, Heydər Əliyev adına Hava Limanı ərazisində 4, 5-ci küçədə 4, İdris Süleymanov küçəsində 4, Zuğulba yolunda 2, Təbriz və İzzəddin Həsənoğlu küçələrinin kəsişməsində 2, Tofiq Abbasov ilə Azər Manafov küçələrinin kəsişməsində 23, Qızıldaş yolunda 4, 13-cü küçədə 4 və Müşfiqabad–Qızıldaş yolunda 4 yol nişanı quraşdırılıb.
5-ci küçədə (180 saylı tam orta məktəbin qarşısı) 47 ədəd tramplin və 4 tramplin başlığı, İdris Süleymanov küçəsində (37 saylı tam orta məktəbin qarşısı) 32 tramplin və 4 tramplin başlığı quraşdırılıb.
Müzəffər Nərimanov küçəsində 52 ədəd delinator quraşdırılıb.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir