77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
30 Iyun, 2026
Paytaxt ərazisində daha iki marşrut xətti üzrə
avtobuslar müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.
İyulun 1-dən Yeni Yasamal yaşayış massivini M.F.Axundov adına bağla (Bünyad Sərdarov
küçəsi) əlaqələndirən 77 nömrəli və Binəqədi rayonunun Nicat Mustafayev küçəsini
Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli marşrutlarda
istismar olunan avtobuslar dəyişdiriləcək.
77 nömrəli marşrut xəttində 20, 91 nömrəli marşrut
xəttində isə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz
olunan avtobus fəaliyyət göstərəcək.
Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı
0,60 AZN müəyyən edilib.
Digər xəbərlər
03 Sentyabr, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,7 dəfə artıb
02 Sentyabr, 2026
“Brutto müqavilə”yə keçidlə ictimai nəqliyyat sahəsində yeni dövr başlayır
31 Avqust, 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
29 Avqust, 2026
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik